Ana SƏHİFƏ ƏSAS SƏHİFƏ        XƏBƏRLƏR        FOTO QALEREYA        HAQQIMIZDA        ƏLAQƏ

FAYDALI  KEÇİDLƏR
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi veb saytı
http://www.mct.gov.az
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi veb saytı
http://www.tqdk.gov.az
Azərbaycan Respublikasının rəsmi portalı
http://www.azerbaijan.az
Elektron Hökumət portalı
http://www.e-gov.az
Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi veb saytı
http://www.edu.gov.az
Azərbaycanın virtual xəritəsi
http://www.gomap.az








Mingəçevir Turizm Kolleci

         Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.2006-cı iltarixli 45 nömrəli qərarı  və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təsisçiliyi əsasında yaradılıb.  2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə akkreditə olunub.
     2018-ci  ildən etibarən prezident cənab İlham Əliyevin  mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq Mingəçevir Turizm Kolleci yeni yaradılmış Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmiş təşkilatların sırasına daxil edilib.
       Mingəçevir Turizm Kollecinin qarşısında duran başlıca vəzifə turizm sənayesi üçün hərtərəfli və bacarıqlı mütəxəssislərin hazırlanmasıdır.Buna müvafiq olaraq müəssisədə 14 ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Məqsədyönlü tədbirlər nəticəsində təhsil müəssisəsi qısa müddətdə ciddi uğurlar qazanıb. Hazırda kollecin 8000 nəfərədək məzunu ölkə turizminin müxtəlif sahələrində əmək fəaliyyəti ilə məşğul olur. Mingəçevir Turizm Kollecinin qazandığı naliyyətlərin təməlində yüksək tədris intizamı və qabaqcıl tədris metodlarının tətbiqi dayanır.
       Kollec ölkənin ən geniş beynəlxalq əməkdaşlıq əlaqələrinə malik təhsil müəssisələri sırasında yer alır. Kollektivi  Şotlandiyanın Stevenson, Rusiyanın Moskva Biznes və İqtisadiyyat, Moskva Humanitar, Rumıniyanın Andrei Barseanu, Qazaxıstanın “Almatı Dövlət Texnologiya və Menecment, Sankt Peterburq Turizm və Mehmanxana Servisi kollecləri, həmçinin Belarus Respublikasının  Polotsk Dövlət Universiteti və Brest Dövlət Texniki Universiteti ilə işgüzar əməkdaşlıq telləri birləşdirir. 2012-ci ildən Avropa Komissiyasının TEMPUS proqramı çərçivəsində Almaniyanın Yade Universiteti,  2013 - cü ildən isə Fransanın Qrenobl Akademiyası ilə birgə həyata keçirilən beynəlxalq təhsil layihələri Mingəçevir Turizm Kollecinə önəmli təcrübələr qazandırıb.Bu cür iki və çoxtərəfli əməkdaşlıq əlaqələri təhsil sahəsində ən mütərəqqi yenilikləri kollecdə uğurla tətbiq etməyə imkan  verir.
       Mingəçevir Turizm Kollecinin direktoru iqtisad elmləri doktoru,  professor Əyyub Əyyubovdur.
 


KOLLEC XƏBƏRLƏRİ


Mingəçevir Turizm kollecində Milli Dirçəliş Günü qeyd olunub
Son həftələr ərzində mili tarixi təqvimlərə həsr olunmuş çoxsaylı tədbirlərə ev sahibliyi edən Mingəçevir Turizm Kollecinin kollektivi Milli Dirçəliş Gününü də oxşar bayram coşqusu ilə qeyd edib.


Mingəçevir Turizm Kollecinin kollektivi Mingəçevir şəhərinin 70 illik yubiley təntənələrində yüksək fəallıq nümayiş etdirib
Müasir Mingəçevirin 70 illik yubileyini silsilə tədbirlərlə bayram edən Mingəçevir Turizm Kollecinin kollektivi yekun ümumşəhər tədbirində də fəallığı ilə diqqət mərkəzinə düşüb.

Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olunub
Nur şəhəri Mingəçevirin muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecində Mingəçevir şəhərinin 70 illik yubileyi qeyd olunub
Nur şəhəri Mingəçevirin muasir tarixinin 70 ilik yubileyi Mingəçevir Turizm Kollecində həftələrdir ki, davam edən çoxsaylı bayram tədbirləri ilə qeyd olunur.

Mingəçevir Turizm Kollecində Dövlət Bayrağı günü qeyd olunub
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü Mingəçevir Turizm Kollecində silsilə tədbirlərlə bayram edilib.İnşa,rəsm və ən yaxşı divar qəzetləri nominasiyası üzrə keçirilən müsabiqələrdə istedadlı tələbələr vətənpərvər duyğularını ustalıqla yaradıcı nümunələrdə əks etdirib.

ELEKTRON  KİTABLAR
FAYDALI
Bu gün 22 noyabr 2018
Mingəçevir şəhəri üçün bu günə olan hava proqnozu:
--/--

Ümumi ərazi, [kv.km] 139.53
Əhalinin ümumi sayı 95800
Kəndlərin sayı 0
Qəsəbələrin sayı 0
İri və orta müəssisələrin sayı 17
Məktəbəqədər uşaq müəssisələrinin sayı 28
Ümumtəhsil məktəblərinin sayı 22
Texniki, orta ixtisas və peşə məktəblərinin sayı 3
Ali təhsil müəssisələrinin sayı 2
Xəstəxanalar və tibb müəssisələrinin sayı 10
Mədəniyyət ocaqlarının sayı 30
 
       
Copyright © 2013, Mingəçevir Turizm Kolleci